“Qalatasaray”dan ayrılan Yunes Belhanda karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, mərakeşli yarımmüdafiəçi “Adana Dəmirspor”a keçib. Super Liqa klubu azad agent statusu daşıyan futbolçu ilə 3 illik müqavilə imzalayıb.
31 yaşlı futbolçu 2017-ci ildən "Qalatasaray"da çıxış edirdi. O, "sarı-qırmızılar"da keçirdiyi 131 oyunda 22 qol vurub, 26 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
