"Lester Siti"dən 20 milyonluq transfer

22:22 - 2 İyul 2021

İngiltərənin "Lester Siti" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "tülkülər" Fransa təmsilçisi "Lill"in yarımmüdafiəçisi Bubakari Sumareni transfer edib. Bu keçid Premyer Liqa klubuna 20 milyon avroya başa gəlib. Seneqal əsilli fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Sumare 2017-ci ildə PSJ-dən "Lill"ə keçmişdi.

Xəbər xətti