Şikar Bədəlov nokautla qalib gəldi

10:10 - 3 İyul 2021

Peşəkar döyüşlərin qalibi, dünya kubokunun mükafatçısı, kikboksçumuz Şikar Bədəlov növbəti qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, idmançımız Türkiyənin Konya şəhərində kəmər döyüşünə çıxıb.

 

İranlı İbrahim Xezai ilə qarşılaşan təmsilçimiz 1-ci raundun ilk dəqiqəsində rəqibini nokautla məğlub edib.

Xəbər xətti