UEFA Bakı Olimpiya Stadionunu təltif etdi

16:16 - 3 İyul 2021

Bakı Olimpiya Stadionu (BOS) UEFA-nın baş katibinin müavini Giorgio Marçetti tərəfindən təltif edilib.

 

Sportal.az xəbər verir ki, BOS Avropa çempionatında A qrupunun 3 oyunu arasında müddətin azlığına və isti hava şəraitinə baxmayaraq arenanın ot örtüyünü ideal vəziyyətdə saxlanıldığı üçün mükafatlandırılıb.

 

Bu gün BOS-da Avro-2020-nin 1/4 final mərhələsinin Çexiya - Danimarka matçı keçiriləcək. Görüş 20:00-da başlayacaq. Bu, turnirin Bakıdakı son matçıdır.

Xəbər xətti