Fransa klubu Cengiz Ündərlə müqavilə imzaladı

23:11 - 4 İyul 2021

"Roma"nın yarımmüdafiəçisi Cengiz Ündər karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü 500 min avro qarşılığında "Marsel"ə icarə əsasında keçib. Liqa 1 təmsilçisi 23 yaşlı vingerlə 1 illik müqavilə imzalayıb. Futbolçunun müqaviləsində 8,4 milyon avroluq məcburi satın alma şərti var. Növbəti satışdan isə "Roma"ya 20 faiz pay düşəcək.

 

Cengiz ötən mövsüm "Lester Siti"də icarədə olub.

Xəbər xətti