Ferstappen mövsümün 5-ci qələbəsini qazandı

23:47 - 4 İyul 2021

Formula 1 Avstriya Qran-Prisinin qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Spilberqdəki "Red Bull" avtodromunda təşkil olunan mövsümün 9-cu yarışında “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 1-ci olub. İlk üçlüyü “Mercedes”in pilotu Valter Bottas və "McLaren"in yürüşçüsü Lando Norris tamamlayıb.

 

23 yaşlı Ferstappen cari mövsüm 5-ci, karyerasında isə 15-ci qələbəsini qazanıb.

Xəbər xətti