Türkiyənin “Başakşəhər” klubu yeni transferini açıqlayıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Şalke"dən Ahmed Kutucunu transfer edib. 21 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Türkiyə millisinin üzvünün keçidi üçün Almaniya klubuna 500 min avro təzminat ödənilib.
Kutucu yeni klubunda 17 nömrəli formada çıxış edəcək.
saytlarin hazirlanmasi
