AÇ-2020: Final matçının topu təqdim olundu – FOTO

16:50 - 5 İyul 2021

“Adidas” şirkəti AÇ-2020-nin yarımfinal və final matçlarının topunu təqdim edib.

 

Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Yeni top fərqli dizaynda təqdim olunub.

 

AÇ-2020-nin yarımfinal matçları 6 və 7 iyulda, final isə 11 iyulda olacaq.

 

Turnirin yarımfinalında İspaniya İtaliya ilə, İngiltərə isə Danimarkayla qarşılaşacaq. Bütün qarşılaşmalar Londondakı “Uembli” stadionunda keçiriləcək.

Xəbər xətti