Bakıda milli komanda ilə son oyununa çıxdı

17:05 - 5 İyul 2021

Çexiya milli komandasının futbolçusu Vladimir Darida yığmadakı karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

 
Darida, AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində Bakıda Danimarka millisinə qarşı keçirdikləri oyunda (1:2) sonuncu dəfə yığmanın formasını geyindiyini deyib.
 

Çexiya yığmasının kapitanı olan Darida millidə 76 oyuna çıxıb.
 

Yarımmüdafiəçi Almaniyanın “Herta” klubunda çıxış edir.

Xəbər xətti