"Sabah"ın daha bir rəqibi bilindi

17:38 - 5 İyul 2021

“Sabah”ın yay təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib məlum olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi iyulun 13-də “Keşlə” ilə üz-üzə gələcək. Görüş saat 19:00-da “Bank Respublika Arena”da keçiriləcək.

 

Qeyd edək ki, “Sabah” bu matçdan öncə, iyulun 9-da “Zirə” ilə oynayacaq. Görüş saat 19:00-da “Bank Respublika Arena”da olacaq.

Xəbər xətti