Ötən mövsümü “Qəbələ”də keçirən Ceyms Adeniyi İsraildə çıxış edəcək.
Sportal.az saytının məlumatına görə, bir müddət əvvəl “Keşlə” onu transfer etmək istəsə də, maddi məsələlərdə razılıq əldə olunmadığına görə, forvard ölkəmizə qayıtmamışdı.
Adeniyi artıq “Makkabi” klubu ilə anlaşıb. O, Petah-Tikva təmsilçisinin məşqlərinə qoşulub və şəxsi instaqram profilində “yeni evim” adı ilə fotosunu paylaşıb.
Xatırladaq ki, Adeniyi ötən mövsümün əvvəlində İsraildə “İroni Kiryat Şmona”da icarə əsasında oynamışdı.
saytlarin hazirlanmasi
