Fransanın PSJ klubu heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi İtaliyanın "İnter" klubunun müdafiəçisi Əşrəf Hakiminin keçidini bitirib. Mərakeşli futbolçunun keçidi paytaxt klubuna 70 milyon avroya başa gəlib. 22 yaşlı futbolçu ilə 5 illik razılıq əldə edilib.
Bundan əlavə, PSJ "Milan"la müqaviləsi bitən italiyalı qapıçı Canluici Donnarumma və "Real"dan ayrılan ispaniyalı müdafiəçi Serxio Ramosla da razılığa gəlib.
saytlarin hazirlanmasi
