Azərbaycanda oynadıqdan sonra ölkəmizə heyran qalan xarici futbolçular az olmayıb.
Sportal.az saytının məlumatına görə, bu legionerlərdən biri də Ernad Skuliçdi. Vaxtilə “Bakı”da kapitanlıq sarğısını daşımış xorvat paytaxtımıza o qədər “vurulmuşdu” ki, hətta şəhərin əsas mənzərəsi olan Qız qalasını qoluna döymə etdirmişdi.
Hazırda ölkəsində məşqçi kimi çalışan Skuliç 2008-2012-ci illərdə “Bakı”da oynamış, Azərbaycan kuboku və Azərbaycan çempionluğuna sahib olmuşdu.
