Amerika kuboku: Braziliya finalda - VİDEO

10:23 - 6 İyul 2021

Amerika kubokunda ilk finalçı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, birinci yarımfinal oyununda Braziliya və Peru yığmaları qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn Braziliya finala yüksəlib. Yeganə qolu 35-ci dəqiqədə Luka Paketa vurub.

 

Milli komanda finalda Argentina - Kolumbiya matçının qalibi ilə qarşılaşacaq.

 

6 iyul

Braziliya - Peru - 1:0
Qol:
Paketa, 35

 

Xəbər xətti