UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına ev sahibliyi edəcək 8 ölkə müəyyənləşib.
Sportal.az xəbər verir ki, avqustun 20-dən 25-dək keçiriləcək oyunlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. Təmsilçimiz də rəqibləri ilə bu ölkələrdən birində qarşılaşacaq.
“Araz-Naxçıvan”ın rəqibləri iyulun 7-də, saat 17:00-da keçiriləcək püşklə müəyyənləşəcək.
saytlarin hazirlanmasi
