“Tokio, gözlə, biz gəlirik” – azərbaycanlı cüdoçu

13:11 - 6 İyul 2021

“Çox həyəcanlıdır. Azərbaycanı Tokioda təmsil etmək çox qürurvericidir. İnşallah ölkəmizi layiqincə təmsil edəcəyik”.

 

Sportal.az xəbər verir ki, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək cüdoçu Aişə Qurbanlı deyib.

 

Olimpiadada ölkəmizi təmsil edəcək iki qadın cüdoçudan biri olan Qurbanlı (48 kq) Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə təəssüratlarını bölüşüb: “Olimpiadaya hazırlaşmaq çox gözəl hisslərdir. Bütün idmançılara bunu arzulayıram. İdmanda əziyyət çəkən bütün xanımların bu anı yaşamasını istərdim. Özüm də daxil olmaqla, Azərbaycanı Olimpiadada təmsil edəcək bütün idmançılara medal arzulayıram. Tokio, gözlə, biz gəlirik”.

Xəbər xətti