Braziliya milli komandası Amerika kubokunda Perunu 1:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Sportal.az xəbər verir ki, "sambaçılar"ın ulduz futbolçusu Neymar finalda qarşılaşmaq istədikləri rəqibin adını açıqlayıb. PSJ-nin oyunuçusu həlledici görüşdə Argentina millisi ilə rəqib olmaq istədiyini bildirib:
"Finalda Argentinaya qarşı oynamaq istəyirəm. Çünki o komandada futbolçu dostlarım var. Biz qalib gələcəyik".
Argentina və Kolumbiya iyulun 7-sində digər yarımfinal görüşünə çıxacaq.
saytlarin hazirlanmasi
