Türkiyə Super Liqasının yeni komandalarından olan "Altay" "Arsenal"ın oyunçusunu transfer edir.
Sportal.az xəbər verir ki, İzmir təmsilçisi islandiyalı qapıçı Runar Aleks Runarssonu heyətinə qatır. "Ağ-qaralar" 26 yaşlı "əlcək sahibi"ni icarə əsasında rənglərinə bağlayır. Transfer yaxın günlərdə rəsmən açıqlanacaq.
Təcrübəli qapıçı ölkəsində "Reykyavik", Danimarkada "Nordşelland", Fransada "Dijon" klublarında oynayıb. O, ötən mövsüm "Arsenal"ın heyətində Premyer Liqa və İngiltərə kubokunda 1, Avropa Liqasında isə 4 qarşılaşmada meydana çıxıb. Runarsson İslandiya milli komandasında da çıxış edir.
saytlarin hazirlanmasi
