Premyer Liqa klubu "Barselona"nın müdafiəçisini transfer etdi

15:15 - 6 İyul 2021

"Barselona"nın futbolçusu Junior Firpo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi "Lids Yunayted"ə transfer olub. Bu barədə İngiltərə rəmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

 

"Lids Yunayted" ispaniyalı sol cinah müdafiəçisi üçün "Barselona"ya 15 milyon avro ödəyib. Futbolçu başqa kluba transfer olsa, ingilislər Kataloniya təmsilçisinə həmin məbləğin 20 faizini ödəyəcək.

Xəbər xətti