Madrid "Real"ının yarımmüdafiəçisi İsko klubdan ayrılmaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb. Baş məşqçi Karlo Ançelottinin planlarına daxil olmayan 29 yaşlı oyunçu "kral klubu"nu tərk etmək niyyətindədir.
"Real"la iki illik müqaviləsi qalan ispaniyalı futbolçu ilə "Milan" yaxından maraqlanır. Bundan başqa "Sevilya" da İskonu heyətinə cəlb etmək istəyir.
saytlarin hazirlanmasi
