UEFA Bakıdakı oyunla bağlı araşdırmaya başladı - FOTO

17:58 - 6 İyul 2021

Avro-2020-nin Bakıda baş tutan Danimarka - Çexiya oyununda danimarkalı azarkeşlərin əlindən göy qurşağı bayrağı alınıb.

 

Sportal.az xəbər verir ki, UEFA bu hadisəni araşdıracaq. Paytaxtımızda baş tutan qarşılaşmadan əvvəl komandaların isinmə hərəkətləri etdiyi zaman iki danımarkalı azarkeş LGBT bayrağı qaldırıb. Stadionun təhlükəsizlik əməkdaşları həmin bayrağı onların əlindən alıb. 

 

Kristofer Fons adlı Danimarka azarkeşi stadion əməkdaşlarının heç bir səbəb göstərmədən bayrağı onun əlindən aldıqlarını bildirib. UEFA isə bildirib ki, Avro-2020 oyunları zamanı stadionlarda LGBT bayrağının qaldırılmasına qadağa qoyulmayıb. 

 

UEFA hadisədən xəbardar olandan sonra stadiondakı UEFA nümayəndəsi təhlükəsizlik xidməti ilə əlaqə saxlayıb. Oyundan sonra bayraq sahibinə qaytarılıb.

 

GETTY IMAGE

GETTY IMAGE

Xəbər xətti