PSJ Əşrəfin transferini açıqladı

21:41 - 6 İyul 2021

PSJ "İnter"in cinah müdafiəçisi Əşrəf Hakiminin transferini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisi bu keçid üçün 60+11 milyon avro təzminat ödəməyib. Mərakeşli futbolçunun illik maaşı 8 milyon avro olacaq. Onunla 5 illik müqavilə imzalanıb.

 

22 yaşlı oyunçu ötən il "Real"dan "İnter"ə 45 milyon avro qarşılığında keçmişdi.

Xəbər xətti