Argentina - Kolumbiya matçının ən yaxşısı müəyyənləşdi

12:10 - 7 İyul 2021

Argentina millisi əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda Kolumbiyanı penaltilər seriyasında məğlub edərək Amerika kubokunun finalına yüksəlib.

 

Sportal.az xəbər verir ki, bu qarşılaşmanın ən yaxşı oyunçusu müəyyənləşib. İki penalti zərbəsini dəf etməklə komandasının finala çıxmasında böyük pay sahibi olan qapıçı Emiliano Martines oyunun ən yaxşısı seçilib.

 

Qeyd edək ki, Argentina finalda Braziliya yığması ilə qarşılaşacaq.

Xəbər xətti