Təyyarə qəzasında həlak olan futbolçunun bacısı intihar etdi

12:44 - 7 İyul 2021

2019-cu ildə təyyarə qəzasında həyatını itirən futbolçu Emiliano Salanın bacısı intihar edib.
 

Sportal.az xəbər verir ki, futbolçunun bacısı Romina Sala zəhərli maddələr içdikdən sonra özünü asaraq intihar etmək istəyib. Hazırda reanimisiyada olan qadının durumu kritikdir. Həkimlərin dediyinə görə, onun orqanizmi çoxlu zərər görüb.

 

Emiliano Salanın faciəvi ölümündən 3 ay sonra onun atası Horasio da infarkt keçirərək vəfat etmişdi.

 

Qeyd edək ki, "Nant"dan "Kardiff Siti"yə transfer olan Sala yeni klubu ilə müqavilə imzalamağa gedərkən herikopterin La Manş boğazına düşməsi nəticəsində 28 yaşında həlak olmuşdu.

Xəbər xətti