İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Avstriyanın “Zalsburq” klubunun yarımmüdafiəçisi Enok Mvepunu transfer edib. Zambiyadan olan 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Enok Mvepu 2017-ci ildən “Zalsburq”un uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə Avstriya çempionatında 29 matça çıxıb, 5 qola imza atıb.
saytlarin hazirlanmasi
