Amerika Basketbol Liqasının (NBA) final seriyasının ilk matçı baş tutub.
Sportal.az xəbər verir ki, final seriyasının ilk görüşündə "Finiks Sanz" "Miluoki Baks"a qalib gəlib (118:105). Bununla da "Finiks Sans" seriyada 1:0 hesabı ilə önə keçib.
"Finiks Sanz"da Kris Pol oyunu 32 xal, 9 məhsuldar ötürmə və 4 ribaundla başa vurub. Komandanın digər üzvü Devin Buker 27 xal və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
"Miluoki Baks"da zədədən sonra yenidən ilk 5-likdə yer alan Yannis Antetokounmpo 20 xal, 17 ribaund və 4 məhsuldar ötürmə ilə oyunu tamamlayıb.
Komandaların 2-ci oyunu iyulun 9-u keçiriləcək.
saytlarin hazirlanmasi
