Braziliya milli komandası Amerika kubokunun final oyununa ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, "sambaçılar"ın hücumçusu Qabriel Jesus Argentina ilə matçda komandasına kömək edə biləməyəcək. Buna səbəb "Mançester Siti"nin forvardının cəzalı durumda olmasıdır.
1/4 finalın Çili ilə qarşılaşmasında (1:0) qırmızı vərəqə alan forvard yarımfinalın Peru ilə görüşünü (1:0) buraxıb. Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) İntizam Komitəsi Jesusun cəzasını artırıb və onu 2 matçlıq diskvalifikasiyaya edib. Nəticədə 24 yaşlı hücumçu final görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, Braziliya - Argentina qarşılaşması iyulun 11-də keçiriləcək.
saytlarin hazirlanmasi
