Hazırda azad agent statusunda olan Serxio Ramosun PSJ-yə transferi rəsmiləşmək üzrədir.
Sportal.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi artıq Parisdədir. 35 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra Fransa klubu ilə iki illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Ramos 2005-ci ildən "Real"da çıxış edirdi. Təcrübəli mərkəz müdafiəçisinin "kral klubu" ilə müqaviləsi mövsümün sonunda başa çatmışdı.
saytlarin hazirlanmasi
