"Lion" türkiyəli futbolçunu icarəyə verdi

15:39 - 7 İyul 2021

Fransanın "Lion" klubu türkiyəli müdafiəçi Cenk Özkaçarı icarəyə verib.

 

Sportal.az klubun rsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu karyerasını Belçikanın “Aud-Heverle Löven” klubunda davam etdirəcək. İcarə müddəti 2021-2022-ci il mövsümünün sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, "Lion" Özkaçarı ötən ilin yayında Türkiyənin "Altay" klubundan transfer edib. O, son mövsümü Fransa təmsilçisinin ikinci komandasında keçirib.

Xəbər xətti