Tokio-2020: Yaponiyada fövqəladə vəziyyət elan olundu

14:22 - 8 İyul 2021

Tokio-2020 Yay Olimpiya Oyunları öncəsi Yaponiyada fövqəladə vəziyyət elan olunub.

 

Sportal.az Report-a istinadən xəbər verir ki, bu qərar ölkədə koronavirusa yoluxma hallarının artması ilə bağlı qəbul edilib.

 

Fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək.

 

Bu isə o deməkdir ki, olimpiada sərt karantin rejimi şəraitində keçiriləcək. Beynəlxalq Olimpiya Komitəsi (IOC) hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

 

Qeyd edək ki, pandemiya səbəbindən bu ilə təxirə salınan Tokio-2020 23 iyul - 8 avqustda olmalıdır.

Xəbər xətti