"Tokioya qələbə üçün gedirik" - Məmmədəli Mehdiyev

16:25 - 8 İyul 2021

"Həm fiziki hazırlığımız yaxşıdır, həm də komandada ruh yüksəkliyi var. İnşallah Tokioya qələbə üçün gedirik".

 

Sportal.az xəbər verir ki, bu sözləri cüdo üzrə milli komandamızın üzvü Məmmədəli Mehdiyev Tokio Olimpiadasına hazırlıq haqda danışarkən deyib.

 

Olimpiya Oyunlarında 90 kq çəki dərəcəsində mübarizə aparacaq Avropa üçüncüsü Azərbaycana medalla qayıdacağına ümid etdiyini bildirib:

 

"Güclü rəqimlərim çoxdur. Hamısını təhlil etmişəm, hazırlaşmışam. Yaxşı olacaq. Bütün idmançılara uğurlar arzu edirəm. Ümid edirəm ölkəmizi layiqincə təmsil edib bayrağımızı dalğalandırarıq. 

Xəbər xətti