İtaliuya millisinin yarımmüdafiəçisi Marko Verratti "Milan"la müqaviləsi bitən qapıçı Canluici Donnarummanın PSJ-yə keçəcəyini təsdiqləyib.
Sportal.az xəbər verir ki, hazırda PSJ-də çıxış edən Verratti həmyerlisi ilə komanda yoldaşı olacağı üçün özünü xoşbəxt sayır:
"Onunla PSJ-də komanda yoldaşı olacağım üçün xoşbəxtəm. Bizə çox kömək edəcək. Çempionlar Liqasını qazanmaq hədəfi olan bir kluba transfer olmağa layiqdir".
Qeyd edək ki, 22 yaşlı Donnarumma "Milan"ın yetirməsidir. O, 2015-ci ildən A Seriyası təmsilçisinin əsas komandasında çıxış edirdi.
saytlarin hazirlanmasi
