İlk finalçı müəyyənləşdi

18:46 - 8 İyul 2021

Tennis üzrə qadınlar arasında “Böyük Dəbilqə”nin yarımfinal mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyunda avstraliyalı Eşli Barti və almaniyalı Anjelik Kerber üz-üzə gəliblər. 2 saatdan çox davam edən görüş Eşli Bartinin qələbəsi ilə başa çatıb - 6:3, 7:6.

 

Yarımfinalın digər görüşündə çexiyalı Karolina Plişkova və belaruslu Arina Sobolenko qarşılaşacaqlar.

 

Turnirin ümumi mükafat fondu 40 milyon avrodur. Bu turnirin son qalibi 2019-cu ildə rumıniyalı roketka ustası Simona Halep olub. O, zədə səbəbindən yarışda iştirak etmir. 2020-ci ildəki yarış isə koronavirusa görə keçirilməyib.

Xəbər xətti