Qadınlar arasında “Böyük Dəbilqə” seriyasının London açıq turnirində (Wimbledon) ikinci finalçı müəyyənləşib.
Sportal.az xəbər verir ki, yarımfinalda çexiyalı Karolina Plişkova belarus rəqibi Arina Sobolenkoya qalib gələrək həlledici oyuna vəsiqə qazanıb.
İyulun 11-i keçiriləcək finalda avstraliyalı Eşli Barti və çexiyalı Karolina Plişkova qarşılaşacaqlar.
Turnirin ümumi mükafat fondu 40 milyon avrodur. Bu turnirin son qalibi 2019-cu ildə rumıniyalı roketka ustası Simona Halep olub. O, zədə səbəbindən yarışda iştirak etmir. 2020-ci ildəki yarış isə koronavirusa görə keçirilməyib.
saytlarin hazirlanmasi
