Məmmədyarovdan 2 heç-heçə, 1 məğlubiyyət

10:10 - 9 İyul 2021

“Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin - Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”da növbəti turun partiyaları oynanılıb.

 

Sportal.az xəbər verir ki, Şəhriyar Məmmədyarov növbəti qarşılaşmalarda ağ fiqurlarla keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, qara fiqurlarla rusiyalı Aleksandr Qrişukla heç-heçə edib. Günün sonuncu görüşündə isə şahmatçımız Polşa təmsilçisi Yan-Kşiştov Dudaya məğlub olub.

 

6 turdan sonra Məmmədyarov 5 xalla 7-ci pillədə qərarlaşıb.

 

Şəhriyar Məmmədyarov seriyanın birinci yarışı "Superbet Chess Classic Romania"nın qalibi olub.

Xəbər xətti