Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Soçi” ilə qarşılaşacaq “Keşlə” heyətinə daha 2 futbolçu qatmaq niyyətindədi.
Sportal.az saytının məlumatına görə, Sənan Qurbanov ötən mövsümü “Zirə”də keçirmiş Kərim Diniyevi sınaqdan keçirəcək. Futbolçu artıq komandanın düşərgəsinə qoşulub və baxışdan uğurla keçərsə onunla müqavilə imzalanılacaq.
Diniyevlə yanaşı paytaxt təmsilçisi bir legionerin yolunu gözləyir. İrandan gələcək futbolçu hücum bölgəsində çıxış edir. Adı hələ ki, açıqlanmayan forvard da baxışdan uğurla keçərsə, 1 illik müqavilə imzalanılacaq.
saytlarin hazirlanmasi
