Fransa klubu "Beşiktaş"ın qapıçısına "elçi düşdü"

12:13 - 9 İyul 2021

Fransanın "Nitsa" klubu "Beşiktaş"ın qapıçısı Ersin Destanoğlunu heyətinə cəlb etmək istəyir.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisinin baş məşqçisi Kristof Qalter türkiyəli gənc "əlcək sahibi"ni komandasında görmək istəyir.

 

"Nitsa" 20 yaşlı qolkiper üçün "qara qartallar"a 7 milyon avro təzminat, 3 milyon avro bonus və növbəti satışdan 10 faiz pay təklif edir. "Beşiktaş"ın tələbi isə 8 milyon avro və növbəti satışdan 20 faiz gəlir əldə etməkdir. Tərəflər arasında danışıqlar davam edir.

 

Bu transfer baş tutsa, İstanbul təmsilçisi Destanoğlunun yerini "Başakşəhər"in qapıçısı Mert Günokla dolduracaq. 

 

Qeyd edək ki, Ersin Destanoğlu "Beşiktaş"ın yetirməsidir. O, ötən mpvsüm komandanın əsas qapıçısı olub.

Xəbər xətti