Türkiyə klubunda ŞOK: Huşunu itirdi, xəstəxanaya çatdırıldı

14:18 - 9 İyul 2021

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Alanyaspor"un Burdur şəhərində keçirilən toplanış zamanı şok hadisə yaşayıb.


Sportal.az saytının məlumatına görə, komandanın aparıcı forvardı Xuma Bubakar məşqi yarımçıq dayandırıb. Buna səbəb forvardın məşqin gedişində özünü pis edib, huşunu itərərək yerə yıxılması olub. Ürəktutmasından yerə yıxılan seneqallı hücumçu dərhal xəstəxanaya çatdırılıb. İlkin müayinədən sonra Babakarın həyatı təhlükəsi olmadığı və vəziyyətinin stabilə qayıtdığı bildirilib. Onun məşqlərə nə zaman qayıdacağı hələ ki, dəqiq deyil.


“Sassuola”ya məxsus olan seneqallı 2020-ci ilin sentybar ayından icarə əsasında “Alanyaspor” forması geyinir. O, Türkiyə klubunun heyətində 28 matçda 12 qol vurub.

 

Xəbər xətti