"Neftçi"nin rəqibi "Portu"ya futbolçu satdı

15:56 - 9 İyul 2021

Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Dinamo” daha bir futbolçusunu Avropa klubuna satıb.

 

Sportal.az saytının məlumatına görə, “Portu” Tbilisi klubunun 18 yaşlı futbolçusu Giorgi Abuaşvilini heyətinə qatıb. Bunun üçün isə portuqallar “Dinamo”ya 240 min avro pul ödəyib.

 

Bundan bir neçə gün əvvəl isə "dinamoçular" digər gənc futbolçusu Luka Qaqnidzeni 1,5 milyon avro qarşılığında Moskva "Dinamo"suna satıb.

Xəbər xətti