"Barselona" türk hücumçu transfer etdi

15:28 - 9 İyul 2021

"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Avstriyanın "Rapid" klubundan Yusuf Demiri heyətinə qatıb. 18 yaşlı hücumçu 500 min avroya "Barselona"nın B komandasına 1 illik icarəyə götürülüb. İspaniya təmsilçisi 10 milyon avro ödəyərək türk əsilli forvardı birdəfəlik transfer edə bilər.

 

Qeyd edək ki, Yusif Dəmir "Rapid"in yetirməsidir. O, 2019-cu ildən Vyana klubunun əsas komandasının heyətində 27 oyunda 6 qol vurub. Gənc hücumçu Avstriya millisinin heyətində də 1 qarşılaşmada meydana çıxıb.

Xəbər xətti