"Neftçi" müdafiəçisi ilə yollarını ayırdı

15:43 - 9 İyul 2021

“Neftçi” müdafiəçisi Cabir Əmirli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, ötən ilin yayında"Keşlə"dən “Neftçi”yə transfer olunan Əmirli bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında “Sumqayıt”da çıxış edib. O, 2020/2021 mövsümündə 5 oyunda meydana çıxıb.

Xəbər xətti