Yay transferlərinin ən dəyərlisi: “Sabah”ın 2 futbolçusu

16:06 - 9 İyul 2021

Azərbaycan klubları həm yerli, həm də xarici bazardan transferlər etməyə davam edir. Ən aktiv klublar isə “Zirə” və “Keşlə”dir. Belə ki, hər iki klub 5 futbolçu transfer edib. Hələ ki, transfer pəncərəsi bağlanmayıb.

 

Amma bu yay “transfer pəncərəsi” dövründə bu ana qədər klublarımızın həyata keçirdiyi transferlərdən transfermarkt.de nəşrinə əsasən ən dəyərli “beşlik” tərtib etdik.

 

Maraqlıdır ki, ilk üçlükdə olan futbolçulardan ikisi “Sabah”ın üzvləridirsə, üçüncü pillədə yer alan forvard da bu sezon komandanı tərk edənlərdəndi.
 

Xuan Kamara – “Sabah” 600 min avro
 

Elvin Camalov – “Sabah” 500 min avro 

 

Ramil Şeydayev  - “Qarabağ” 450 min avro
 

Sezar Meza Kolli – “Neftçi” 400 min avro
 

Rəhman Hacıyev – “Keşlə” 400 min avro

 

Xəyal Nəcəfov – “Neftçi” 350 min 
 

Çempionluğa iddialı “Neftçi” və “Qarabağ”ın digər transferləri siyahıya düşə bilməyib. Payaxt təmsilçisinin Portuqaliyadan transferi Harramiş Soaresin dəyəri 250 min avro, Xəyal Nəcəfovun isə ondan 100 min avro çoxdu. “Qarabağ”ın braziliyalı yeni transferi Kadi Borges Malinovskinin bazar dəyəri isə 250 min avro qiymətində dəyərləndirilir.

Xəbər xətti