Qətərdə ilin məşqçisi mükafatının sahibi bəlli olub.
Sportal.az saytının məlumatına görə, “Əl-Sədd”in baş məşqçisi Xavi ötən mövsümün yekunlarına görə ən yaxşı məşqçi seçilib.
Qətər klubu “Barselona” və İspaniya millisinin sabiq futbolçusunun rəhbərliyi altında ölkə çempionatında məğlubiyyətiz çempion olub. Bununla yanaşı Xavi “Əl-Sədd”ə ölkə kubokunu da qazandırıb. Ölkə çempionatında mövsümün oyunçusu da bu klubdan seçilib. Belə ki, İspaniya millisinin sabiq üzvü Santi Kazorla ilin futbolçusu adına layiq görülüb. O, yerli liqada 20 otyuna 13 qol və 11 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
