Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Keşlə”nin rəqibi olan “Soçi”də ayrılıq yaşanıb.
Sportal.az saytının məlumatına görə, Rusiya təmsilçisi müdafiəçisi Vadim Milyutini icarəyə göndərib. Belə ki, Milyutin ilin qalan hissəsini “Dinamo”(Brest) klubunda keçirəcək. Belarus klubu 19 yaşlı futbolçu ilə altı aylıq müqavilə imzalayıb.
Bakı təmsilçisi “Soçi” ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.
saytlarin hazirlanmasi
