"Qarabağ"ı keçmək istəyirik" - "Aşdod"un yeni transferi

18:46 - 9 İyul 2021

"Qarabağ"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan "Aşdod"un yeni transferi Martin Raynov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, bolqarıstanlı futbolçu Ağdam klubunu mübarizədən kənarlaşdırmaq istədiklərini bildirib:

 

"Əsas hədəfim təlim-məşq toplanışından səmərəli istifadə edib yaxşı hazırlaşmaqdır. Çünki bizi qarşıda "Qarabağ"la 2 vacib oyun gözləyir. Qarşıdakı əsas vəzifə "Qarabağ"ı keçib, növbəti mərhələyə adlamaqdır. Bu yolda komandama kömək etmək istəyirəm".

 

"Qarabağ" və "Aşdod" (İsrail) arasında ilk oyun iyulun 22-də Bakıda keçiriləcək.

Xəbər xətti