18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü olmuş David Qarayev karyerasını yenidən Rusiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu "SKA-Xabarovsk" klubuna keçib. Son olaraq "Ural"da çıxış etmiş futbolçu I Divizion təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Moskva "Spartak"ının yetirməsi olan David Qarayev 2013-cü ildə 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində çıxış edib və 5 oyunda meydana çıxıb.
Ötən illərdə David Azərbaycan vətəndaşlığından imtina edib. O, bunun səbəbini belə açıqlamışdı:
"Azərbaycan yığmasına dəvət aldğım vaxt bir çox əcnəbini, məsələn, ukraynalıları milliləşdirdilər. O vaxt Avropa çempionatına qatıldıq və Rusiya Futbol İttifaqı üçün yəqin ki, səhvən əcnəbi sayıldım. Çünki Azərbaycanın gənclərdən ibarət komandasında bir neçə oyun keçirmişdim. Mən isə yalnız Rusiya vətəndaşlığını istəyirdim. Belə halda mənə daha asan olurdu. Bu vəziyyətdə vətəndaşlığı geri qaytarmaq çətindir. Ancaq Azərbaycan tərəfi buna razılıq verdi".
saytlarin hazirlanmasi
