Məhşur döyüşçü Konor Makqreqor “Real”dan ayrılıb PSJ-yə keçən Serxio Ramosu döyüşünə dəvət edib.
Sportal.az xəbər verir ki, Ramos irlandiyalı döyüşçünün Dastin Poryeyə qarşı keçirəcəyi döyüşə dəvət edilsə də, imtina etməli olub. Bu haqda Konor özü məlumat verib: “Biz Ramos üçün bilet hazırlamışdıq. Ancaq o, mənə yazdı ki, yeni klubumla müqavilə imzalayıram və döyüşə gələ bilməyəcək. Yəqin ki, öncədən o, daha çox vaxtının olacağını düşünmüşdü”.
Konor Makqreqor və Dastin Porye arasında keçiriləcək döyüş iyulun 11-də keçiriləcək.
saytlarin hazirlanmasi
