Amerika kubokunda final - Braziliya, yoxsa Argentina

12:24 - 10 İyul 2021

Bu gün Amerika kubokunda qalibin adına aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, finalda əzəli rəqiblər Argentina və Braziliya milliləri üz-üzə gələcək. Final qarşılaşması Bakı vaxtı ilə gecə saat 4-də baş tutacaq.

 

Qeyd edək ki, Amerika kubokunu Argentina 14 dəfə, Braziliya isə 9 dəfə qazanmağı bacarıb.

Xəbər xətti