"Çukariçki"li: "Oyuna qədər "Sumqayıt" haqda daha çox məlumatımız olacaq"

13:05 - 10 İyul 2021

“Mövsüm əvvəli üçün nəzərdə tutulan toplanışımızı yeni başa vurduq. Həm çempionata, həm də avrokuboklara hazır olduğumuzu söyləyə bilərəm".

 

Bu sözləri Sportal.az-a açıqlamasında “Çukariçki”nin aparıcı futbolçusu Asmir Kayeviç deyib.

 

Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Çukariçki” bu görüşdən əvvəl yerli liqada ilk tur çərçivəsində “Vozdovaç” qarşısına çıxacaq. Serb klubunun üzvü “Sumqayıt” haqda danışarkən çempionat oyunu oynayacaqlarnı da bildirib: “Həm çempionat, həm də avrokuboklar önəmlidi. Amma biz “Sumqayıt”la oyundan əvvəl “Vozdovaç”la oynayacağıq. Biz bir oyun bitdikdən sonra növbəti oyuna köklənirik. Ancaq “Sumqayıt” haqda məlumatlanmağa davam edirik. Oyuna qədər “Sumqayıt” haqda daha çox məlumatımız olacaq. Onların “Qarabağ”la görüşdən 1:3 hesabı ilə məğlub ayrıldıqlarını bilirəm. “Sumqayıt” da bizim kimi hazırlaşır”.

 

Monteneqrolu futbolçu təmsilçimizlə görüşlərdən uğurlu nəticə ilə ayrılmaq istədiklərini bildirib: “Əlbəttə ki, məqsədimiz uğurlu nəticə qazanmaqdı. Amma bu görüşdə favorit olmayacaq. “Sumqayıt” və “Çukariçki”nin şansları 50/50-di. Ağır oyun olacaq, sonda necə olacağını görəcəyik”.

Xəbər xətti