"Mahir yeni olsa da, komandaya tez adaptasiya oldu"

13:50 - 10 İyul 2021

Polşa millisinin sabiq müdafiəçisi Tomaş Sokolovski Çempionlar Liqasının birinci təsnifat mərhələsinin “Bodo Qlimit” – “Legiya” matçını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, "Legiya"nın əfsanələrindən olan veteran futbolçu Azərbaycan millisinin forvardı Mahir Emrelinin çıxışını da dəyərləndirib: “Emreli “Bodo Qlimit”lə matçda özünü çox yaxşı göstərdi. Görünür ki, o, “Legiya” üçün əsl güclənmə ola bilər. O, meydanda yaxşı hərəkət edir. Yeni olmasına baxmayaraq,  komandaya tez adaptasiya oldu. Mahir hücumdan savayı, müdafiədə də komandaya çox kömək olur”.

Xəbər xətti